Qərbi Balkan nazirləri Polşada Avropa Birliyinə üzvlüyü müzakirə edirlər

O, həmçinin ümid edib ki, iştirakçılar oktyabr ayında Albaniya və Şimali Makedoniya ilə Avropa İttifaqına üzvlük müzakirələrinə başlayacaqlar.

Source: google.ru


Avropa Birliyi liderləri də toplantıya qatılacaqlar

Polşa xarici işlər naziri Yaçek Çaputoviç (Jacek Czaputowic) Avropa İttifaqı və blokun xaricində qalan altı Qərbi Balkan ölkəsi arasında "daha güclü əməkdaşlığa" çağırış edib.

Azadlıq Radiosu xəbər verir ki, Çaputoviç əməkdaşlığın bölgənin "sabitliyi və inkişafını" artıracağına təkan verəcəyini söyləyib.

"Qərbi Balkan ölkələrinin Avropaya inteqrasiyaya cəlb edilməsi ümumi dəyərlərə töhfə verdiyi üçün Avropa Birliyi və bütövlükdə qitə üçün əhəmiyyətli olacaq," – Qərbi Polşa şəhəri olan Poznanda baş tutmuş Qərbi Balkan zirvəsinin açılışında çıxış edən Çaputoviç deyib.

Polşa hazırda Qərbi Balkanlarla Avropa Birliyi üzv dövlətləri arasındakı əlaqələri canlandırmaq üçün təşkil edilmiş Berlin prosesinə sədrlik edir.

“İki gün davam edəcək zirvə toplantısı Qərbi Balkan ölkələrinə müsbət impulslar göndərmək üçün bir şansdır,”- Polşanın xarici işlər nazirinin müavini Simon Sinkovski fel Sek (Szymon Szynkowski vel Sek) deyib.

O, həmçinin ümid edib ki, iştirakçılar oktyabr ayında Albaniya və Şimali Makedoniya ilə Avropa İttifaqına üzvlük müzakirələrinə başlayacaqlar.

Avropa Birliyinə üzv olmaq istəyən digər dörd Qərbi Balkan ölkəsi Bosniya-Herseqovina, Serbiya, Monteneqro və Kosovodur.

İyulun 5-də Qərbi Balkan ölkələrinin xarici, daxili və iqtisadiyyat nazirlərinin toplantısına Avropa Birliyi liderləri – Almaniya kansleri Angela Merkel, İngiltərə Baş naziri Tereza Mey (Theresa May), Fransa Baş naziri Eduard Filip (Edouard Philippe) və Polşa prezidenti Anjey Duda (Andrzej Duda) qatılacaq.

Ötən ay Avropa Birliyi üzvləri Şimali Makedoniya və Albaniya ilə üzvlük müzakirələrini oktyabr ayınadək təxirə salıblar. Belə ki, bəzi Avropa Birliyi ölkələri, o cümlədən Fransa və Niderland birlik üzvlərinin sayının artırılmasıyla bağlı qərara qarşı çıxıblar.

Blokun icraedici orqanı olan Avropa Komissiyası təklif edib ki, bu iki Qərbi Balkan ölkəsilə üzvlük danışıqları tezliklə başlasın. Qurum qeyd edib ki, hər iki ölkə islahatlarla bağlı tələbləri təmin edib.

Ana səhifəDünyaQərbi Balkan nazirləri Polşada Avropa Birliyinə üzvlüyü müzakirə edirlər