”Qərbə oxumağa gedənlər agentə çevrilirlər”

Ərdoğan: ”Onlar öz ölkələri üçün çalışmaq yerinə, xarici şirkətlərə xidmət edirlər”

Source:


Ərdoğan: ”Onlar öz ölkələri üçün çalışmaq yerinə, xarici şirkətlərə xidmət edirlər”

“Qərbə oxumağa gedənlər könüllü agentlərə çevirilir. Onlar öz ölkələrinin maraqları naminə çalışmaq yerinə, xarici şirkətlərə xidmət edirlər”.


M.t24.com.tr

saytı yazır ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Xəbərə görə, ABŞ-da səfərdə olan Türkiyə prezidenti bunu RÜRKEN fondunun ənənəvi “Qala-şam yeməyi”-ndə söyləyib:

“Bu gün də bu cür qruplarla rastlaşırıq”.

O, bunu deyərkən 2016-cı il 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Güləni misal çəkib.

“Beynini Pensilvaniyada yaşayan bir şarlatana həvalə edən manqurtların nələr edə biləcəklərini birlikdə gördük, yaşadıq. Onların arasında professorlar və zəngin milyarderlər var, amma bunların heç biri fayda verməz. Ruhunu 1 dollara satan bu insanlar 15 iyul gecəsində bizə ən böyük xəyanəti yaşatdılar”, – deyə Ərdoğan bildirib.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülən 2016-cı il iyulun 15-də Türkiyədə edilən qiyam cəhdinin təşkilində ittiham olunur. O, ittihamları rədd edir.

Qiyam cəhdindən sonra ölkədə kütləvi həbslər keçirilir. Bugünədək 40 mindən çox adam həbs olunub. 100 mindən çox hərbçi, hakim, müəllim və s. dövlət qulluqçusu saxlanıb və ya işindən kənarlaşdırılıb.

Onlar Fətullah Gülən hərəkatı ilə bağlılıqda ittiham olunurlar.

15 iyul qiyam cəhdi zamanı 270-dən çox adam ölüb.

Ana səhifəXəbərlər”Qərbə oxumağa gedənlər agentə çevrilirlər”