Qərb sərhədlərində qarşıdurma, ölənlər var

Tovuz rayonunun Əlibəyli kənd sakinlərindən bir neçə nəfər yaralanıb, bir ev yanıb, yüzdən çox evə ziyan dəyib

Source:


Tovuz rayonunun Əlibəyli kənd sakinlərindən bir neçə nəfər yaralanıb, bir ev yanıb, yüzdən çox evə ziyan dəyib

Azərbaycanın qərb sərhədlərində Ermənistanla silahlı qarşıdurma olub. Davamlı atışma əsasən Qazax (Bakıdan 500 kilometr qərb) və Tovuz (Bakıdan 450 kilometr qərb) rayonlarının Ermənistanla sərhəd məntəqələrini əhatə edib.

Yerli mənbələrdən “Amerikanın səsi”nə daxil olan məlumata görə, Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan ordusu mülki əhalini iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutub. Kənd sakinlərindən bir neçə nəfər yaralanıb, bir ev yanıb, yüzdən çox evə ziyan dəyib.

Ümumilikdə, atışma bir neçə saat davam edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi qulluqçusu, əsgər Fərid Ağayev həlak olub.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən yazırlar ki, atışma nəticəsində bir hərbi qulluqçu öldürülüb, Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndləri ziyan çəkib, atəş nəticəsində qaz kəməri partlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son gün ərzində bütün cəbhə boyu atəşkəs 86 dəfə pozulub.

Ana səhifəXəbərlərQərb sərhədlərində qarşıdurma, ölənlər var