Ramiz Abbasovun meyiti ailəsinə təhvil veriləcək
Martın 13-də dənizdə meyiti tapılan naməlum kişinin şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi meyiti tapılan şəxsin “Azneft” İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi, Salyan rayonunun Xıdırlı kənd sakini Ramiz Qulu oğlu Abbasov olduğunu bildirib.
APA yazır ki, mərhumun yaxınları onu bədənindəki işarədən tanıyıb.
Ramiz Abbasovun meyiti ailəsinə təhvil veriləcək.
Ramiz Abbasov 1970-ci ildə Salyan rayonunda doğulub.