Mayın 1-də Səbail Rayon Məhkəməsində azadliq.org azadliq.info, azerbaycansaati.com, meydan.tv saytları, Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı iddiaya baxılıb. Prosesdə konstitusiyanın zorla dəyişdirilməsi, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlik ittihamların yer aldığı sübutlar təqdim olunub. Vəkil Səməd Rəhimli deyir ki, təqdim olunan materiallarda qanun pozuntusunu əsaslandıra bilməyiblər.
Vəkil Səməd Rəhimi əlavə edir ki, məhkəmə saytların bloklanması ilə bağlı qərar qəbul etsə, gələcəkdə “Facebook” və “Youtube” da bağlana bilər.
Növbəti məhkəmə prosesi mayın 3-də davam edəcək.