Qərar hakimiyyətin İlqar Məmmədovun azadlıqda olmasından narahat olduğunu göstərdi

Vəkil: ”Çox qəribədir ki, məhkəmənin fasiləsindən sonra bir sıra adamlar ifadələrini dəyişirdilər”

Source:


Vəkil: ”Çox qəribədir ki, məhkəmənin fasiləsindən sonra bir sıra adamlar ifadələrini dəyişirdilər”

Həbsdə olan REAL sədri İlqar Məmmədovun xanımı Vəfa Məmmədova Meydan TV-yə bildirib ki, bir gün əvvəl həyat yoldaşı ilə telefonla danışıb: “İlqar Məmmədov 18 noyabr Ali Məhkəmə iclasından heç nə gözləmədiyini, azadlığa buraxılacağına ümidinin olmadığını dedi. Ona görə də biz hazır idik. Yaxşı oldu ki, Azərbaycan məhkəmələri ilə məsələ bitdi. Bundan sonra Avropa Məhkəməsindən qərar gözləyirik”.

REAL sədrinin siyasi məsələlər üzrə müavini Azər Qasımlı isə Ali Məhkəmənin qərarını belə izah edib: “Qərar hakimiyyətin İlqar Məmmədovun azadlıqda olmasından narahat olduğunu göstərdi. Avropa Məhkəməsinin, Avropa Nazirlər Komitəsinin qərar və qətnamələrinə baxmayaraq, İlqar Məmmədov azadlğa buraxılmırsa, deməli, İlham Əliyev onu özünə rəqib görür”.

Fuad Ağayev foto sosial şəbəkə

Vəkil Fuad Ağayev İsmayıllı hadisələri ilə bağlı həbs olunan İlqar Məmmədovun məhkəməsində onun rayonda olduğu zaman heç bir iğtişaş baş vermədiyini söyləyib: “İkinci, proses zamanı şahid ifadələri bir-birini təkzib edirdi. Hətta istintaqda ifadə verənlər də məhkəmə zamanı ifadələrindən imtina etdilər. Çox qəribədir ki, məhkəmənin fasiləsindən sonra bir sıra adamlar ifadələrini dəyişirdilər. Unibankın kameralarından məhkəməyə təqdim olunan çəkilişlərində də İlqar Məmmədov rayonda olarkən heç bir iğtişaşın olmadığı təsdiqlənir”.

Noyabrın 18-i Ali Məhkəmə REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxıb.

Məhkəmə İlqar Məmmədovun şikayətini təmin etməyib.

Ana səhifəXəbərlərQərar hakimiyyətin İlqar Məmmədovun azadlıqda olmasından narahat olduğunu göstərdi