Qənirə Paşayeva: ”İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinə ehtiyac var

”Qarabağa qanunsuz səfər edənlərin çoxu ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin təmsilçiləridir”

Foto: Qə
Qənirə Paşayeva
Qənirə Paşayeva


”Qarabağa qanunsuz səfər edənlərin çoxu ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin təmsilçiləridir”

Fevralın 1-də Milli Məclisdə 2018-ci ilin yaz sessiyasının qanunvericilik işlərinin planı ilə bağlı müzakirələrdə deputatlar işlər planına bir sıra təkliflər veriblər.

Deputat Qənirə Paşayeva “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinə ciddi ehtiyac olduğunu deyib. O qeyd edib ki, Azərbaycanın etirazlarına baxmayaraq, ölkənin işğal olunmuş ərazilərinə hələ də qanunsuz səfərlər edilir:

“Bu səfərləri edənlərin çoxu da Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin təmsilçiləridir. Belə qanunsuz səfərlərin qarşısını almaq məqsədi ilə “İşğal olunmuş ərazilər haqqında” qanun qəbul etməliyik”.

Deputat Rövşən Rzayev də bildirib ki, ermənilər “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırlar və həmin tədbirə ATƏT-in Minsk Qrupuna üzv dövlətin nümayəndələrini dəvət ediblər. O, Milli Məclis adından ATƏT-in Minsk Qrupuna üzv dövlətlərinə müraciət olunmasını təklif edib. “ATƏT-in Minsk Qrupunda təmsil olunan 11 ölkəyə müraciətdə bu kimi təxribatçı əməllərdən ək çəkilməsini tələb edək. Bir daha vurğulayaq ki, separatçı hadisələr səbəbindən Xocalı soyqrımını yaşamışıq”.

Deputat təklif edib ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına “İşğal siyasəti haqqında” qanun layihəsinin hazırlanması da daxil edilsin.

Ana səhifəXəbərlərQənirə Paşayeva: ”İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinə ehtiyac var