Jurnalistin qardaşı oğluna 25 sutka həbs verilib
20 iyulda “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin əmisi oğlu Rövşən Zahidov həbs edilib. Ona 25 sutka həbs cəzası verilib. Bu barədə Q.Zahid facebook səhifəsində məlumat verib.
Rövşən Zahidov Şamaxının Qurdtəpə kəndində yaşayır.
Bir neçə gün öncə jurnalistin qardaşı oğlu Tural Zahidova 30 sutka həbs cəzası verilib. Bundan sonra jurnalistin digər qardaşı oğlu Rüfət Zahidov saxlanılıb. Q. Zahid qohumlarına qarşı başlanılan həbsləri birbaşa “Azərbaycan saatı” verilişinin fəaliyyəti ilə bağlayıb.