Qənimət Zahidin qohumlarına hökm oxundu

Hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edildilər

Source:


Hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edildilər

İyunun 28-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Meydan TV əməkdaşının məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Rövşən Zahidovun vəkili Tahir Xanəliyev çıxış edib. O, ittihamın əsasız olduğunu deyib və bəraət hökmünün çıxarılmasını istəyib. Təqsirləndirilən şəxslər isə Qənimət Zahidə görə həbs olunduqlarını deyiblər və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Lakin onlar ittihamı qəbul etmirlər və Qənimət Zahidin qohumu olduqları üçün həbs olunduqlarını bildirirlər.

Ana səhifəXəbərlərQənimət Zahidin qohumlarına hökm oxundu