Qənimət Zahidin qohumları özlərini təqsirli hesab etmir

Proses martın 18-də davam etdiriləcək

Source:
Qənimət Zahid
Qənimət Zahid
Qənimət Zahid
Qənimət Zahid


Proses martın 18-də davam etdiriləcək

Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər. Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.

Hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Ana səhifəXəbərlərQənimət Zahidin qohumları özlərini təqsirli hesab etmir