Qənimət Zahidin qohumları ilə bağlı qərar yubadılır

Vəkil: “Məhkəmənin daha bir ay təxirə salınmasını müəmmalı hal kimi qiymətləndirirəm”

Foto: Qənimət Zahidin şəxsi arxivndən
Qənimət Zahid
Qənimət Zahid


Vəkil: “Məhkəmənin daha bir ay təxirə salınmasını müəmmalı hal kimi qiymətləndirirəm”

Sumqayıt Apelyasiya Məhkəməsi “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları ilə bağlı qərarı ləngidir.

“Turan”-ın məlumatına görə, yanvarın 18-də prosesə sədrlik edən hakim Hüseyn Nəbiyev müddəti daha bir ay uzadaraq fevralın 17-də son qərarın elan ediləcəyini bildirib

Ötən ilin dekabrın 21-də keçirilən prosesdə vəkillər çıxış edərək Rövşən Zahidov (Qənimət Zahidin əmisi oğlu) və Rüfət Zahidov (Qənimət Zahidin qardaşı oğlu) barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyiblər.

Qərarın öncə dekabrın 28-də, sonra isə yanvarın 18-də elan ediləcəyi bildirilmişdi.

Vəkil Bəhruz Bayramov məhkəmənin daha bir ay təxirə salınmasını müəmmalı hal kimi qiymətləndirib: “Hakim vəkillərin iştirak etməməsini bəhanə gətirib prosesə bir ay ara verib. Amma vəkillər çıxışını başa çatdırıb. Əgər vəkillərin iştirakı çox vacib idisə, prosesi bir neçə saat təxirə sala bilərdilər, vəkillər iştirak edə bilərdi”.

Rövşən və Rüfət Zahidovlar 2016-cı ilin iyulunda həbs olunublar. Onlar satış məqsədi ilə külli miqdarda narkotik maddənin saxlanmasında ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan mərhum ediliblər.

Hər iki şəxs ittihamı qəbul etməyərək həbslərinin Qənimət Zahidin hakimiyyət əleyhinə tənqidi fikirlərinə görə ona təzyiq vasitəsi olduğunu deyiblər.

“Amnesty International” onları “vicdan məhbusları” kimi tanıyıb.

2016-cı il noyabrın 8-də KİV-də onların adından bəyanat yayılıb. Onlar Qənimət Zahidovdan imtina etdiklərini bildiriblər və mediadan onları “vicdan məhbusları” adlandırmamağı xahiş ediblər.

Ana səhifəXəbərlərQənimət Zahidin qohumları ilə bağlı qərar yubadılır