Devrilmiş liderin oğlu ilə yanaşı məhkəməyə polkovnik Qəddafinin onlarla yaxın tərəfdarı çıxarılıb
Liviya məhkəməsi 2011-ci il inqilabı zamanı baş vermiş hərbi cinayətlərlə bağlı polkovnik Qəddafinin oğlu Saif əl-İslam Qəddafi və daha 8 nəfərə ölüm cəzası kəsib. BBC-nin rus bölməsinin məlumatına görə, onlar kütləvi çıxışların yatırılmasında ittiham olunurlar.
Zintan şəhərində onu buraxmaqdan imtina edən üsyançı qrupun əlində olan Saif əl-İslam Qəddafi prosesdə bilavasitə iştirak etməyib və ifadələrini video-əlaqə vasitəsilə verib.
Məhkəməyə həmçinin Qəddafi hökumətində kəşfiyyat xidmətinin rəhbəri və sabiq baş nazir Bağdadi əl-Mahmudi çıxarılıb.
Onlara apellyasiya ilə çıxış etmək haqqı veriləcək.
Məhkəməyə cəlb edilən başqa şəxslərə 5 ildən ömürlük həbs cəzasına kimi müxtəlif cəzalar kəsilib.