Qəbul imtahanı: "Hazırlıqda belə mövzular keçməmişik"

Mənbə: Meydan.TV

Başlıq: Qəbul imtahanı: "Hazırlıqda belə mövzular keçməmişik"

Qəbul imtahanı: "Hazırlıqda belə mövzular keçməmişik"

Qəbul imtahanı: "Hazırlıqda belə mövzular keçməmişik"

Həyəcan, nigaranlıq, qorxu hissləri bir-birinə qarışıb. İllərin zəhməti imtahan edilir.

“Ondan həyəcanlı mənəm. Heç məni qoymurdu gəlim. Dedim ki, yox, babanam da. Qoy, gəlim, dayanım. Deyir ki, o yanda qal, mən həyəcanlı ola bilərəm,”- nəvəsinin imtahandan çıxmasını gözləyən Söhrab Əzizov deyir.

Bu gün – mayın 12-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. DİM imtahanda 32173 abituriyentin iştirakının nəzərdə tutulduğunu deyib.

“Yoldaşım da, mən də çox əziyyət çəkmişik. İki uşaq göndərmişik hazırlığa. Allah əməyimizi itirməsin,”-imtahan binasının önündə oğulları üçün dua edən Kəmalə Hüseynova danışır.

İmtahan üçün verilən 3 saatlıq vaxt yekunlaşır. Valideynlər gözünü qapıya dikib. Binadan çıxan abituriyentlər isə gileyli görünürlər.

2019-cu ildən Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının modelini dəyişib. İmtahan sualları açıq, qapalı və situasiya əsasında həll edilən tapşırıqlara bölünür.

“Situasiyaya bağlı məsələləri həll edə bilmədik. Birinci dəfədir görürdüm. Hazırlıqlarda da belə bir şey keçməmişik,”-abituriyent Samir Bağıyev deyir.

Yeni qaydaya görə ali təhsil müəssisələrinə qəbul iki hissəli aparılır. Yekun bal orta məktəblərdən buraxılış (300) və ali məktəblərə qəbul (400) imtahanlarının toplamı (700) ilə hesablanır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6q575i

Ən çox baxılan