Qəbələdə küçəyə Polad Həşimovun adı veriləcək

Bildirirdilər ki, bayraqdan ötrü canını verən Polad Həşimovun evinin önündən götürülən bayraq dərhal yerinə taxılmalıdır.

Source: Specify Source


İlham Əliyev generalın ailə üzvləri ilə görüşməyib

Qəbələdə küçələrin birinə Ermənistan- Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlər zamanı həlak olan general-mayor Polad Həşimovun adı veriləcək.

Bu barədə Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri zamanı icra hakimiyyətinin rəsmiləri ilə söhbətində deyib.


Məlumat

ı ölkə başçısının rəsmi saytı yayıb. Bununla belə, səfər haqqında reportaja əsasən demək olar ki, Prezident həlak olan generalın ailə üzvləri ilə görüşməyib. Hakimiyyətyönümlü media İlham Əliyevin Polad Həşimovun şəkli önündə çəkdirdiyi fotonu yaymaqla Ali baş komandanın təbliğatını aparıb.

Prezidentin rayona səfəri öncəsi isə Polad Həşimovun Vəndam qəsəbəsindəki evinin qapısından asılan bayrağın götürüldüyü barədə sosial şəbəkələrdə

məlumatlar

paylaşılırdı.

Buna etiraz edən Vəndam sakinləri kəndin icra nümayəndəsini və bələdiyyə sədrini ittiham edirdilər. Bildirirdilər ki, bayraqdan ötrü canını verən Polad Həşimovun evinin önündən götürülən bayraq dərhal yerinə taxılmalıdır.

İcra hakimiyyətinin Vəndam qəsəbəsi üzrə nümayəndəsi İlham Bağırov Meydan TV-yə deyib ki, həmin bayraq müvəqqəti götürülüb. Evin önünə dirək basdırılıb. Betonun qurumağı gözlənilir, bayraq həmin dirəyə vurulacaq.

Əslən Qəbələnin Vəndam kəndindən olan Polad Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. O, Heydər Əliyev adına hərbi məktəbdə təhsil alıb, sonra təhsilini Türkiyədə hərbi akademiyada davam etdirib. Polad Həşimov prezident Heydər Əliyev tərəfindən “Hərbi xidmətə görə” medalıyla mükafatlandırılıb. O, 2009-cu ildə podpolkovnik rütbəsi alıb. 2014-cü ildə “Vətənə xidmətə görə” III dərəcəli ordenini alıb.

P.Həşimov Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib.

O, 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb.

2019-cu ilin 24 iyun tarixində Prezidentin sərəncamıyla Polad Həşimova general-mayor rütbəsi verilib. Onun 3 övladı var, iki oğlu, bir qızı. Polad Həşimov iyulun 13-də həlak olub.

Ana səhifəSiyasətQəbələdə küçəyə Polad Həşimovun adı veriləcək