Avropa Liqasının III təsnifat mərhələsində “Bakcell Arena”da keçirilən “Qəbələ” – “Apollon” görüşünün son dəqiqələrində tribunada gərginlik yaşanıb.
Şimali Kipr Türk Cümhuriyyətinin bayrağını qaldıran gənclərə polis fiziki güc tətbiq edib. Müdaxilə zamanı polislər azarkeşi tribunadan aşağı yuvarlayıb. Ağır xəsarət alan azarkeşlərə həkimlər tərəfindən yardım göstərilib. Onlar Mərkəzi Gömrük Hospitalına yerləşdiriliblər.
Xəsarət alan gənclərdən olan Müşviq Vəliyev Meydan Tv-ə bildirir ki, gənclər Şimali Kipr bayrağını bundan öncəki “Qəbələ” – “Apollon” oyununda yunanların Azərbaycan bayrağını cırmağına cavab olaraq qaldırıblar.