Qazixrac İdarəsinin rəisi: Yanğında xəsarət alan olmayıb

“Qazın verilməsi üçün təmir-bərpa işləri tez vaxtda tamamlanacaq”

Source:
Nazim Səmədzadə
Nazim Səmədzadə


“Qazın verilməsi üçün təmir-bərpa işləri tez vaxtda tamamlanacaq”

SOCAR dekabrın 27-də Bakının Səngəçal qəsəbəsində qaz kəmərində olan partlayışla bağlı Qazixrac İdarəsinin rəis müavini Nazim Səmədzadənin açıqlamasını yayıb.

Nazim Səmədzadə bildirir ki, operativ tədbirlər nəticəsində Sənqəçal qəsəbəsinin yaxınlığında baş vermiş yanğın tam söndürülüb. İlkin araşdırmadan müəyyən olub ki, yanğın Azəriqaz İB-nə məxsus boru kəmərinin partlaması nəticəsində olub:

“Ən əsası, xəsarət alan olmayıb. Həmkarlarımızın və Azərenerji ASC əməkdaşlarının çevik tədbirləri sayəsində elektrik stansiyalarının təbii qazla təchizatı davam etdirilir. Əhalinin elektrik enerji ilə təchizatında fasilə yaranmayıb. Azəriqaz İB-nin müştərilərinin təbii qazla təchizatının tam tənzimlənməsi üçün görülən təmir-bərpa işləri də yaxın zamanda tamamlanacaq”.

Ana səhifəXəbərlərQazixrac İdarəsinin rəisi: Yanğında xəsarət alan olmayıb