Qazın, işığın yeni qiyməti büdcənizə uyğundur?

Azərbaycan Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixində keçirilən iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb.

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Bəs Bakı sakinləri necə düşünür? Yeni qiymətlər büdcələrinə uyğundurmu?

Meydan TV bu sualla sakinlər arasında sorğu keçirib.


Kanalımıza abunə ol, daha çox video izlə –

https://goo.gl/TcM9Fm

Ana səhifəVideoQazın, işığın yeni qiyməti büdcənizə uyğundur?