Qazi icra hakimiyyəti önündə özünə xəsarət yetirib

Müharibə iştirakçısı ona qarşı laqeyd münasibətə etiraz olaraq özünə xəsarət yetirib. Hadisə noyabrın 9-da Neftçala Rayon İcra Hakimiyyəti qarşısında baş verib. Neftçala Rayon İcra Hakimiyyətindən yerli mediaya verilən məlumata görə, qazi Hüseynov mənzil şəraitinin yaxşılaşdırılması üçün İcra Hakimiyyətinə müraciət edib, icra başçısı Mirhəsən Seyidovun qəbulunda olub. Onun yaşadığı evin dam örtüyü yenilənib, müalicəsi üç

Müharibə iştirakçısı ona qarşı laqeyd münasibətə etiraz olaraq özünə xəsarət yetirib. Hadisə noyabrın 9-da Neftçala Rayon İcra Hakimiyyəti qarşısında baş verib. 

Neftçala Rayon İcra Hakimiyyətindən yerli mediaya verilən məlumata görə, qazi Hüseynov mənzil şəraitinin yaxşılaşdırılması üçün İcra Hakimiyyətinə müraciət edib, icra başçısı Mirhəsən Seyidovun qəbulunda olub. Onun yaşadığı evin dam örtüyü yenilənib, müalicəsi üçün dərmanlar alınıb.

Namid Hüseynov isə dövlət qurumunda dərdinə çarə tapmadığından gileylənir. Keçmiş döyüşçü  ölkə başçısı tərəfindən “Füzulinin, Xocavəndin, Qubadlının və Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Ana səhifəVideoQazi icra hakimiyyəti önündə özünə xəsarət yetirib