Qazaxıstanda vətəndaşların borcları ödəniləcək

Yardım ediləcək şəxslərə yetimlər, çoxuşaqlı ailələr, əlil və ya sosial cəhətdən kasıb ailələr, bir ailənin itirilməsi səbəbindən yardım alan ailələr aiddir.

Source: meydan tv


Prezidentin fərmanından sonra büdcədən vəsait ayrılması nəzərdə tutulub

Yarım milyon Qazaxıstan vətəndaşının borcu Mərkəzi Asiyanın kasıb xalqına kömək etmək məqsədiylə dövlət tərəfindən “birdəfəlik olmaqla” ödəniləcək, – “Euronews” xəbər verir.

Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Svetlana Jakupova deyib ki, dövlət vətəndaşların kredit və digər sahələrə borclarını ödəyəcək. Bunun üçün təxminən 245 milyon avroya bərabər olan 105 milyard qazax tengi (KZT) həcmində büdcədən vəsait ayıracaq.

Bu akt Prezident Kasım-Jomart Tokayevin "Qazaxıstan Respublikası vətəndaşlarının borc yükünü azaldacağı" ilə bağlı fərmanından sonraya təsadüf edir.

Yardım ediləcək şəxslərə yetimlər, çoxuşaqlı ailələr, əlil və ya sosial cəhətdən kasıb ailələr, bir ailənin itirilməsi səbəbindən yardım alan ailələr aiddir.

Prezident bunun "birdəfəlik" olduğunu bildirib.

Bu kateqoriyaya aid şəxslərin borcları 1 iyun 2019-cu il tarixindən etibarən üç milyon KZT-dən (7,000 avro) çox olmamalıdır. Dövlət borc və faizləri maksimum 300.000 KZT-ə (700 avro) qədər ödəyəcək.

Metallarla zəngin olan Qazaxıstan Orta Asiyada ən çiçəklənən ölkələrdən sayılır və Dünya İqtisadi Forumunun Qlobal Rəqabət sıralamasına görə 144 ölkə arasında 57-ci yerdədir. Qazaxıstan Kipr, Macarıstan və Rumıniyadan öndə gəlir.

Dünya Bankının məlumatlarına görə Qazaxıstanda orta illik gəlir 3,03 milyon KTZ, yəni təxminən 7,062 avrodur.

Ana səhifəDünyaQazaxıstanda vətəndaşların borcları ödəniləcək