Qazaxıstan – Yaxın Planda: etiraz aksiyasının xronikası

Qazaxıstan – Yaxın Planda: etiraz aksiyasının xronikası 

2022 Qazaxıstan üçün kütləvi etiraz aksiyaları ilə başladı. İlin ilk günündə qaz qiymətinin artırılması qazax xalqını ayağa qaldırdı. Janaozendə başlayan aksiyalar qısa müddətdə ölkənin əksər şəhərlərinə yayıldı, qaz qiyməti tələbi digər sosial tələblərə, hökumətin istefasına dəyişdi. Qazın qiymətinin əvvəlki vəziyyətə qaytarılacağı vəd edildi, hökumət istefa verdi, amma illərin qeyri-bərabər iqtisadi şərtləri altında əzilmiş qəzəbli kütləni heç nə sakitləşdirmədi. Ölkə prezidenti Qasım Comərd Tokayev KTMT qüvvələrini ölkəyə çağırdı. Etirazlar ərzində 227 nəfər öldürüldü, 9.900 nəfər həbs edildi. Bunlar uzaq planda Qazaxıstandan gördüklərimizdi. Gəlin, bu ölkəyə Yaxın Planda nəzər salaq.

Ana səhifəVideoQazaxıstan – Yaxın Planda: etiraz aksiyasının xronikası