Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev

Mənbə: meydan tv

Başlıq: Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev

Qazaxıstan prezidenti xalqa ilk müraciətində demokratik azadlıqlar vəd edib

Toqayev qurumlara tapşırıb ki, dinc nümayişlər keçirmək üçün vətəndaşlara icazə verilsin

Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev iyun ayında keçirilmiş prezident seçkilərindəki qələbəsindən sonra ilk dəfə xalqa müraciət edib. O, qazaxlara siyasi rəqabəti və plüralizmi dəstəkləyəcəyini vəd edib, RFE/RL xəbər verir.

Sentyabrın 2-də parlamentdəki çıxışında Toqayev deyib ki, gələcək seçkilər ölkədə çoxpartiyalı sistemin inkişafına zəmin yaratmalıdr. Prezident yerli hakimiyyət orqanlarını vətəndaşlara dinc nümayişlər keçirməyə, fikirlərini sərbəst ifadə etmələrinə icazə verməyə çağırıb.

“Dinc aksiyaların məqsədi qanunu pozmamaq və digər vətəndaşları narahat etmək deyilsə, o zaman bu cür aksiyaların təşkilinə icazə verilməli, bu cür tədbirlər üçün xüsusi yerlər müəyyən edilməlidir. Bu tədbirlər şəhərətrafı ərazilərdə olmamalıdır,” - Toqayev deyib.

Toqayev əlavə edib ki, konstitusiyaya zidd hərəkətlər və xuliqanlıq kimi hallara çağırışların qarşısı qanuni yolla alınacaq.

Növbəti parlament və yerli seçkilərin keçirilməsi 2021-ci ilə planlaşdırılır.

Qazaxıstanın uzun zaman lideri olmuş Nursultan Nazarbayevin mart ayında qəfil istefa verməsinin ardından Toqayev iyunun 9-da keçirilən prezident seçkilərində qalib gəlib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ammeyr

Ən çox baxılan