Tokayev bununla bağlı fərman imzalayıb
Qazaxıstan 1995-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Valyuta Komitəsi haqqında sazişindən çıxır.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 8-də fərman imzalayıb.
Fərmanda deyilir: “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 2013-cü il oktyabrın 25-də Minskdə imzalanmış 26 may 1995-ci il tarixli sazişə xitam verilməsi haqqında protokol təsdiq edilsin”.
Sənədin artıq qüvvəyə mindiyi qeyd olunub.
Valyuta Komitəsi valyuta ödənişi və kredit münasibətləri sahəsində çoxtərəfli əməkdaşlığın təşkilinə, hesablaşma-kredit münasibətlərinə təsir edən valyuta qanunvericiliyinin yaxınlaşmasına və təkmilləşdirilməsinə, pul-kredit və valyuta siyasətinin əlaqələndirilməsi forma və üsullarının işlənib hazırlanmasına kömək etmək məqsədilə yaradılıb.