Qazaxda jurnalist polis tərəfindən saxlanıldı

Nicat Əmiraslanov polisə müqavimətdə təqsirləndirilir

Source:
Nicat Əmiraslanov
Nicat Əmiraslanov
Nicat Əmiraslanov
Nicat Əmiraslanov


Nicat Əmiraslanov polisə müqavimətdə təqsirləndirilir

Qazaxda yaşayan jurnalist Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında saxlanılıb. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.

Hazırda Qazax rayon Polis Şöbəsində saxlanılan N.Əmiraslanovun mayın 23-də məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Yaxınları bildirib ki, o, polisə müqavimət göstərməkdə təqsirləndirilir.

Qazax rayon Polis Şöbəsindən Meydan TV-yə N.Əmiraslanovun saxlanıldığını təsdiqləsələr də, səbəbini deməyiblər.

N. Əmiraslanovun yaxınları onun saxlanma səbəbi kimi “Facebook” sosial şəbəkədəki paylaşımlarını göstərirlər.

N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir.

Ana səhifəXəbərlərQazaxda jurnalist polis tərəfindən saxlanıldı