Qazax rayonunda kanalizasiya xətlərinin çəkilişi faciə ilə bitib

Bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb

Foto: Qazax Rayon İcra Hakimiyyəti


Bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb

Qazax rayonunun Qarapapaq kəndində kanalizasiya xətlərinin çəkilişi zamanı bir nəfər torpaq qatının altında qalıb.

Məlumat “Facebook” sosial şəbəkəsində “Qazaxlılar” adlı səhifədə yayılıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunan müvafiq xilasetmə qüvvələri 1982-ci il təvəllüdlü Qocayev Gündüz Məşədi oğlunun meyitini torpaq altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə zamanı Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə xəsarət alıb. Yaralı Qazax rayon Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Meydan TV-nin əlaqə saxladığı yerli sakinlər, hadisənin baş verməsini təsdiqləyiblər. Diaqnostika Mərkəzindən xəbəri təsdiqləsələr də, ətraflı məlumat üçün Səhiyyə Nazirliyinə müraciət etməyi məsləhət görüblər. Həftəsonu olduğundan nazirlikdən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəXəbərlərQazax rayonunda kanalizasiya xətlərinin çəkilişi faciə ilə bitib