Mənbə: Meydan.tv

Qazax istiqamətində cəbhə xəttinin irəli çəkildiyi bildirilir

Məqalə yeniləndi:  14 Avqust 2019

Son günlər Azərbaycan Dövlət Sərhəd Xidməti bölmələrinin Qazax rayonunda erməni qüvvələri ilə təmas xəttində irəlilədiyi bildirilir.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, bu barədə çərşənbə günü bir neçə qeyri-rəsmi mənbə bildirib.

“Müdafiə Nazirliyinə yaxın “Azeridefence” saytı bildirib ki, Babakər dağı (700 metr) istiqamətində irəliləmə olub. Erməni tərəfinin mövqeləri önə çəkmə cəhdlərinə qarşı DSX bölmələri bir neçə döyüş postunu irəliyə çəkib.

Yeni mövqelər tutulduqdan sonra Ermənistan ərazisindəki bəzi döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub”, - agentlik yazıb.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti proses barədə məlumat yaymayıblar.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Report” saytına bildirib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkməsi başlanan prosesin davamıdır.

“Azərbaycan ordusu bundan əvvəl də müəyyən əraziləri nəzarətə götürüb. Bu proses davam edir. Bilirsiniz ki, qarşı tərəfdə kəndlərimiz var, yandırılıb... Bir sözlə, biz hazırlaşmalıyıq, torpaqlarımızı işğaldan azad etmək üçün hazır vəziyyətdə olmalıyıq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 Avqust 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4zsekc

Ən çox baxılan