Qazax 2 ildir xəstəxanasız qalıb (VİDEO)

“Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı” çərçivəsində Qazax rayonuna ayrılan milyonlarla manat vəsaitin  təyinatı üzrə xərclənməsinə bilavasitə cavabdeh olan şəxslər nədənsə tikilməkdə olan obyektlərin keyfiyyət standartlarına cavab verib-verməməsi  ilə maraqlanmır.


[endif]

Tikintilərdə əlavə israfçılıq faktlarının üstündən isə sükutla keçilir. Rayonda 145 çarpayılıq Mərkəzi Xəstəxananın yeni binasının tikintisinin məhz bu səbəblərdən dayandırılması fikrinə müvafiq qurumlardan hələ ki, reaksiya verilmir. Bu susqunluğun yaranmasında büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin olmaması da öz sözünü deyib. Qazaxda çoxu bu qənaətdədir ki, icra başçısı rayonun gələcək inkişafı ilə bağlı ayrılan vəsaitlərin taleyinə biganə qala bilməz. Bu biganəliyin kökündə isə ciddi maliyyə yeyintilərini pərdələmə cəhdləri dayana bilər. Belə getsə, rayonda tikilməkdə olan xəstəxana binasının aqibəti heç də xoş olmayacaq. Xəstəxana tikintisində fasilələrin yaranması rayon camaatı arasında bir sıra suallar doğurub.

Qazax şəhər Mərkəzi Xəstəxanası 1 ildən çoxdur ki, sökülüb. Buna baxmayaraq, yeni binanin tikilməsi hələ də ləngiyir. Köhnə xəstəxananin yerində rayon Səhiyyə İdarəsinin nəzdində yerləşən uşaq xəstəxanası, diş poliklinikası, doğum evi şöbə kimi fəaliyyət göstərməli idi.


[endif]

Lakin Mərkəzi Xəstəxana söküldüyü gündən xəstələr Rayon Diaqnostika Mərkəzində müalicə alırlar. Ancaq mərkəz xəstələrin qəbulu üçün yetərli deyil və sıxlığın yaranmasına səbəb olur. Belə olan halda, bəzi xəstələr evlərində müalicə almalı olurlar.


[endif]

Şəhər sakini Rafiq Muradov Mərkəzi Xəstəxananın olmamasının vətəndaşlara bir sıra problemlər yaratdığını bildirir:


[endif]

“Biz diaqnostika üçün başqa rayonlara,Tiflisə getməli oluruq. Şöbələr fərqli-fərqli yerlərdədir deyə tapmaqda çətinlik çəkirik. Mərkəzi Xəstəxana 1 ildən çoxdur ki, sökülüb, amma hələ də yeni binanın tikintisinə başlanılmır”.

[endif]

“Artıq 1 ildən çoxdur ki, yenisi tikilmək məqsədi ilə Qazax Mərkəzi Xəstəxanası söküldü. Rayon sakinləri olaraq biz də sevindik ki, rayonda yeni xəstəxana fəaliyyətə başlayacaq, amma belə olmadı. Yəqin ki, rəsmilər tikintinin dayandırılmasını dünya bazarında neftin düşməsi ilə əlaqələndirirlər, amma bu bütün rayon sakinlərinə çox böyük çətinliklər törədir. 90 minlik əhalisi olan Qazax rayonunda Mərkəzi Xəstəxananın olmaması heç yaxşı hal deyil” – rayon sakini Məhərrəm Göyüşoğlu deyir.

Digər bir sakin Fəzayıl Əliyev isə deyir ki, 2 ildən artıqdır xəstəxana sökülüb, amma niyəsə təmir etmək istəmirlər: “Doğuş üçün Tovuza, Gəncəyə, Ağstafaya gedir camaat. Bu da əhalinin cibinə ziyan edir. Mən başa düşə bilmirəm, necə olur ki, 80 minlik əhalisi olan bir rayonun Mərkəzi Xəstəxanası yoxdur?”


[endif]

Qazax rayon Mərkəzi Xəstəxananın müdiri Arzu Novruzov məsələ ilə bağlı bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev Qazaxda olanda bu məsələni də gündəmə gətirdi və yaxın 6 ayda tikintisinin başlanacağını qeyd etdi.


[endif]

İki il öncə Qazax Mərkəzi Xəstəxanası əsaslı təmir olunub.

Ana səhifəVideoQazax 2 ildir xəstəxanasız qalıb (VİDEO)