Zemfira Hacıyeva səhər qollarını çimərləyib İrəvan kətəsi hazırlamaq istəyirdi ki, qaz kəsildi. Səhər 9-dan kəsilən qazın axşam 6-dan sonra veriləcəyi deyilir.
Qazı gəlməyən təkcə Zemrifa xanım deyil. Sosial şəbəkə istifadəçiləri də “qazımız hanı” haştaqı ilə evlərində qazın təzyiqinin azaldığını, ya da heç gəlmədiyini yazırlar.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyir ki, qazın qiymətinin artırılması da xidməti yaxşılaşdırmayıb.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin sədri İbrahim Kərbalıyev deyir ki, ölkədə qazla təchizatda baş verən problemlər kütləvi xarakter daşımır.
Tarif Şurasının ötən il 28 noyabrda keçirilən toplantısında qazın qiyməti qaldırıldı. Qiymət 1 kubmetrə görə 10 qəpik olaraq saxlanılıb. İllik istehlak həcmi 1500 kubmetrdən çox olan hissə üçün isə 1 kubmetrə görə, 20 qəpik ödəyirlər.