Prezident İlham Əliyev Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı sərəncam imzalayıb. Bu barədə prezident.az məlumat yayıb.
Bildirilir ki, bu məqsədlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 23,3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.