QAT müğənni Sosonun Bakıya gəlişinə etiraz etdi

Təşkilatın üzvləri polis bölməsinə aparılıb

Source:
Soso Pavliashvili foto google.az
Soso Pavliashvili foto google.az


Təşkilatın üzvləri polis bölməsinə aparılıb

Noyabrın 30-da axşam radələrində Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü gürcü müğənni Soso Pavliaşvilinin konsertinin keçirildiyi Heydər Əliyev Sarayının qarşısında etiraz aksiyası keçiriblər.

Bu barədə

“Qat.az”

saytı QAT sədri Akif Nağıya istinadən məlumat yayıb. Akif Nağının sözlərinə görə, polis aksiya iştirakçılarını sıxışdıraraq ərazidən uzaqlaşdırıb. Lakin QAT üzvlərindən 10 nəfər 15 AZN-dən bilet alaraq tamaşaçı kimi konsert salonuna daxil ola bilib. A.Nağının dediyinə görə, gürcü müğənni ifasına başlayan kimi QAT üzvləri səhnəyə yaxınlaşmağa cəhd göstəriblər.

Onlar “Rədd olsun ermənipərəst Soso!” şüarları səsləndiriblər, eyni məzmunda plakatlar qaldırıblar. Polis və daxili mühafizə xidmətinin əməkdaşları QAT üzvlərini saraydan çıxararaq Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar. A.Nağının dediyinə görə, hazırda QAT üzvləri Qələndər İsmayılov, Paşa Dadaşov, Solmaz Alıyeva, Nəzrin Quliyeva, Cəfər Həşimov, Mehriban Abdullayeva, Elşad Əliyev, Teymur Muradov, Sədrəddin Rüstəmov polis bölməsindədir.

S.Pavliaşvili “Dağlıq Qarabağ Respublikası”na konsertə getdiyi üçün Azərbaycanın qara siyahısına salınmışdı. O, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş edib. Bundan sonra gürcü ifaçının Azərbaycan ərazisinə girişinə icazə verilib.

Bir müddət əvvəl erməni yazıçı və hüquq müdafiəçiləri də Azərbaycana səfər edərək, tədbirdə iştirak etmişdilər. Lakin QAT üzvləri onların gəlişinə etiraz olaraq hər hansı aksiya keçirməmişdi.

Ana səhifəXəbərlərQAT müğənni Sosonun Bakıya gəlişinə etiraz etdi