Camal Qaşıqçı

Mənbə: Foto: arxiv

Başlıq: Camal Qaşıqçı

Qaşıqçının ailəsi onun qatillərini bağışlayıb

“İnsan bağışlasa və barışıq edərsə, onun mükafatı Allah qatındadır”

Öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının ailəsi cümə günü atalarını öldürən adamları bağışladıqlarını və bununla qətlə görə 5 nəfərə verilmiş ölüm hökmünün qanuni yolla təzminatına yol açdıqlarını bəyan ediblər, - “Reuters” xəbər verir.

“İnsan bağışlasa və barışıq edərsə, onun mükafatı Allah qatındadır”,- deyə Qaşıqçının oğlu Salah “tweet” edib: “Buna görə şəhid Camal Qaşıqçının övladları olaraq biz atamızı öldürənləri bağışladığımızı bildiririk”.

Yazılı hüquqi sisteminə sahib olmayan və İslam qanunlarına riayət edən Səudiyyə Ərəbistanında qurbanın ailəsinin bağışlaması rəsmi bağışlanmağa imkan verə bilər.

Dekabr ayında beş ölüm hökmü çıxaran Səudiyyə məhkəməsi qətlin qəsdən törədilmədiyini bildirib. Hökm Səudiyyə rəsmilərinin iddialarını dəstəkləyir və BMT-nin Qaşıqçının öldürülməsi ilə əlaqədar başladılmış istintaqının nəticələrinə zidd olub.

Bununla yanaşı Qaşıqçının nişanlısı Hatice Cengiz cümə günü deyib ki, heç kim onun qatillərini əfv edə bilməz. “Heç kimin qatilləri əfv etməyə haqqı yoxdur. Nə qatilləri, nə də öldürməyi əmr edənləri bağışlamayacağıq”,- o deyib.

Qaşıqçı sonuncu dəfə 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda görülüb. O, konsulluğa yaxınlaşan toyuna sənəd toplamaq üçün getmişdi. Onun cəsədinin parçalanaraq binadan çıxarıldığı və qalıqlarının tapılmadığı bildirilir.

Cinayət qlobal bir qarışıqlığa səbəb olub və Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın imicinə ciddi xələl gətirib. Bəzi Qərb hökumətləri, habelə CİA jurnalistin öldürülməsinin xüsusi sifariş olduğuna inandıqlarını deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dwlcbw

Ən çox baxılan