Qaşıqçı cinayətinə görə 5 nəfərə ölüm hökmü verilib

Jurnalistin qətli qlobal etirazlara səbəb olub və Səudiyyə şahzadəsinin imicinə əhəmiyyətli zərbə vurub.

Source:


Daha 3 nəfər 24 il müddətinə həbs cəzası alıb

Dekabrın 23-də Səudiyyə Ərəbistanı keçən ilin oktyabrında İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçının ölüm işinə görə 5 nəfərə edam və daha üç nəfərə 24 il müddətinə həbs cəzası verib, – “Reuters” xəbər verir.

Səudiyyə prokurorunun müavini və sözcüsü Şalaan əl-Şalaan (Shalaan al-Shalaan) məhkəmədə çıxarılan hökmü oxuyaraq deyib ki, məhkəmə mühakimə edilən 11 nəfərdən üçünün günahkar olmadığını müəyyən edib.

Qaşıqçı ABŞ-da məskunlaşmışdı və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sərt tənqidçisi oub. O, sonuncu dəfə 2 oktyabr 2018-ci il tarixində toyundan əvvəl sənəd almaq üçün getdiyi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda görünüb. Onun cəsədinin parçalanaraq binadan çıxarıldığı bildirilir. Qaşıqçının bədəninin qalıqları tapılmayıb.

Jurnalistin qətli qlobal etirazlara səbəb olub və Səudiyyə şahzadəsinin imicinə əhəmiyyətli zərbə vurub. CIA və bəzi Qərb hökumətləri şahzadə Məhəmmədin jurnalistin öldürülməsini sifariş etdiyinə inandıqlarını deyiblər, lakin Səudiyyə rəsmiləri onun qətldə heç bir rolu olmadığını bildirib. Ər-Riyadda Qaşıçının gizli ölümü ilə bağlı 11 səudiyyəli şübhəli mühakimə olunub.

Qətllə bağlı 21 nəfər cəlb olunub və 10 nəfər həbs edilmədən dindirilməyə çağırılıb.

Ər-Riyadın cinayət məhkəməsi adları hələ açıqlanmayan beş şəxsə Qaşıqçını öldürülməsində iştirak etməsiylə bağlı ölüm hökmü çıxarıb.

Həbs olunan üç nəfərə bu cinayəti ört-basdır etməkdə və qanunu pozmaqda roluna görə 24 il müddətinə müxtəlif cəzalar verilib.

Şalaan əlavə edib ki, məhkum olunmuşlarla Qaşıqçı arasında öncədən düşmənçilik olmayıb.

“Hökmlərdən şikayət verilə bilər”, o bildirib.

Keçən il noyabr ayında Səudiyyə prokuroru deyib ki, Səudiyyə Ərəbistanının keçmiş yüksək rütbəli məsləhətçisi Səud əl-Qahtani Səudiyyə konsulluğuna onu öldürməyə gedən komanda ilə girməzdən əvvəl Qaşıqçının fəaliyyətini müzakirə edib.

Prokuror Qahtaninin kəşfiyyat rəisinin müavini Əhməd əl-Asiri ilə koordinalı şəkildə hərəkət etdiyini bildirib. O deyib ki, əl-Asiri Qaşıqçının Türkiyədən geri qaytarılmasını əmr edib və konsulluqdakı danışıqların ardından onu öldürmək qərarına gəlib.

Hər iki şəxs vəzifələrindən kənarlaşdırılıb, lakin Asiri mühakimə olunarkən Qahtani məhkəmədən kənarda qalıb.

Bazar ertəsi günü Şalaan Asirinin dəlil olmadığına görə sərbəst buraxıldığını, Qahtaninin araşdırıldığını, ancaq ittiham edilmədiyini və sərbəst buraxıldığını deyib.

Ana səhifəDünyaQaşıqçı cinayətinə görə 5 nəfərə ölüm hökmü verilib