“Vədlərə artıq inam qalmadığından redaksiyaya olan borc qaytarılana qədər firmanın qarşısında aksiyanı davam etdirəcəklər”
Sentyabrın 10-da “Azadlıq” qəzetinin kollektivi “Qasid” firmasının qarşısında növbəti dəfə aksiya keçirib. Aksiyanın məqsədi eyni olub – firma redaksiyaya borclu olduğu pulları qaytarsın.
Firmanın redaksiyaya borcu artıq 70 min manat civarındadır.
“Azadlıq” qəzetinin məlumatına görə, “Qasid”in direktoru Mirkazım Kazımov baş redaktorunun birinci müavini Rahim Hacıyevlə görüşüb və növbəti dəfə problemi həll edəcəyinə söz verib.
Rahim Hacıyev
bildirib ki, “Qasid” rəhbərliyinin verdiyi “Qasid” rəhbərliyinin verdiyi vədlərə artıq inam qalmayıb. Buna görə də redaksiyaya olan borc qaytarılana qədər firmanın qarşısında aksiyanı davam etdirəcəklər.