”Qarşıdakı 3 ildə Azərbaycanda iqtisadi artım gözlənilmir”

”Azərbaycanda pul siyasətinə baxmağı tövsiyə edirik”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə

”Azərbaycanda pul siyasətinə baxmağı tövsiyə edirik”

“Hazırda Azərbaycanda 3 faizlik iqtisadi geriləmə var. İnflyasiya ikirəqəmli səviyyədədir. Növbəti iki ildə də bu, 3 faiz səviyyəsində olacaq. Bu o deməkdir ki, qarşıdakı üç ildə artım gözlənilmir”, – “Report” yazır ki, bu sözləri Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.

Xəbərdə qeyd edilir ki, DB təmsilçisi Azərbaycanda rəqabətlilik mühitinin əhəmiyyətli dərəcədə gerilədiyini vurğulayıb.

“Rəqabət qabiliyyətinin artırılmasına ehtiyac var”, – deyən H.Timmer belə durumlarda hökumətlərin ehtiyaclı insanları diqqətə almalı olduğunu ifadə edib.

“Qarşıdakı üç ildə ehtiyaclı insanlara sosial yardımlar ayrılmalıdır. Bu yardımlar həmin qrup insanların son illər baş verən proseslərdən az əziyyət çəkməsi üçün edilməlidir”.

DB təmsilçisi milli valyutanın durumundan da bəhs edib. “Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyyatda baş verən proseslərə, şoklara adekvat reaksiya verməlidir.

Ümumiyyətlə, məzənnənin sabitləşdirilməsi siyasətinin yürüdülməsi doğru deyil. Biz Azərbaycanda pul siyasətinə baxmağı tövsiyə edirik. Həmçinin, maliyyə sektoru sabitləşdirilməlidir. Neftin qiymətində olan azalma bank sektoruna mənfi təsir edir. Problemli kreditlər artıb. Orta və uzunmüddətli tədbirlər görülməlidir”, – DB təmsilçisi vurğulayıb.

Ana səhifəXəbərlər”Qarşıdakı 3 ildə Azərbaycanda iqtisadi artım gözlənilmir”