”Hazırda Quba Rayon Elektrik Şəbəkəsinin əməkdaşları elektrik naqillərində baş verən açılmaların təmir-bərpa işlərini həyata keçirirlər”
Qarlı hava şəraiti ilə əlaqədar olaraq Quba rayonunun bir sıra dağ kəndlərinə elektrik enerjisinin verilməsini dayandırıb.
Əsasən Rustov-Qonaqkənd istiqamətində yerləşən Püstəqasım, Dəhnə, Güneyməhəllə, Rustov, Xanagah, Növdün, Şuduq, Qam-qam, Töhmər və Hacağalar kəndlərinə elektrik enerjisi fasilələrlə verilir.
Rayon Elektrik Şəbəkəsinin rəisi Taleh Səfərov “report”a təmir briqadasının problemin aradan qaldırılması istiqamətində tədbirlər gördüyünü söyləyib.
“Havaların qarlı, şaxtalı və küləkli keçməsilə əlaqədar elektrik xətlərində qırılmalar səbəbindən məhdudiyyətlər yaranıb. Hazırda Quba Rayon Elektrik Şəbəkəsinin əməkdaşları elektrik naqillərində baş verən açılmaların təmir-bərpa işlərini həyata keçirirlər”,-deyə Səfərov bildirib.