Qarlı hava davam edəcək

Yolların buz bağlama ehtimalı var

Source:
Qar – Foto: Sosial şəbəkə
Qar – Foto: Sosial şəbəkə


Yolların buz bağlama ehtimalı var

Yanvarın 31-i Bakı və Abşeron yarımadasında qar yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 0-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Qeyri-sabit havanın Bakıda və Abşeron yarımadasında fevralın 2-nə kimi davam edəcəyi bildirilir. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında da yanvarın 31-i qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olma ehtimalı var. Gecə 1-6 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 5-10 dərəcə şaxta təxmin edilir. Yollar buz bağlayacaq.

Fevralın 2-sinə kimi bütün ölkə ərazisində qeyri-sabit havanın davam edəcəyi gözlənilir.

Ana səhifəXəbərlərQarlı hava davam edəcək