Şövkət Həsənova evinə gəlsə də, qapısını hasarlanmış görür. 24 apreldə o, qonşularında gecələyib. Çünki gecə ilə evini söküblər. Şövkət xanımın qızı Günay Manafova deyir ki, söküntünü aparan “Olympus Park” şirkətinin işçiləri onlara qarşı zorakılıq ediblər.
“Olympus Park” şirkəti Hüseyn Cavid küçəsində hündürmərtəbəli binalar tikir. Sakinlər deyir ki, bu vaxta qədər 30 ailə tikintiyə görə köçürülüb. Amma onlar şirkətlə razılığa gəlməyiblər deyə, evlərindən çıxmayıblar. Gecə ilə baş verən söküntü onları da tədirgin edib.
Məsələ ilə bağlı “Olympus Park” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən suallarımıza cavab verən olmadı.