Qardaşı: Murad Adilov ”kars”a salınıb

AXCP üzvünün 3 gündür aclıq aksiyası keçirdiyi bildirilir

Source:
Murad Ədilov
Murad Ədilov
Murad Ədilov
Murad Adilov


AXCP üzvünün 3 gündür aclıq aksiyası keçirdiyi bildirilir

3 gündür aclıq aksiyası keçirən AXCP üzvü Murad Adilovu “kars”a salıblar.

Bu barədə Murad Adilovun qardaşı Natiq Adilov “Facebook” səhifəsində məlumat yayıb.

10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP üzvü

Murad Adilov

sentyabrın 7-dən aclıq aksiyasına başlayıb.

Murad Adilov haqqında çıxarılan ədalətsiz hökm və qərarlara etiraz olaraq aclıq edir.

4 ildir həbsdə olan Murad Adilov haqqında sonuncu məhkəmə qərarı sentyabrın 5-də çıxarılıb. Saxlandığı cəzaçəkmə müəssisəsində onun vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı müraciətinə baxılıb və təmin olunmayıb.

M.Adilov 2014-cü il avqustun həbs olunub. Onun üzərindən narkotik tapıldığı iddia edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən M.Adilov narkotik ittihamını rədd edir və qardaşı N.Adilovun fəaliyyətinə – hökuməti tənqid edən yazı və çıxışlarına görə cəzalandırıldığını bildirir.

N.Adilov AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşıdır.

Yerli və beynəlxalq insan haqları müdafiəçiləri də M.Adilovun həbsini siyasi motivli sayır.

“Amnesty İnternational” M.Adilovu “vicdan məhbusu” elan edib.

Ana səhifəXəbərlərQardaşı: Murad Adilov ”kars”a salınıb