Qaravəlli sakinləri: Bir ildir ki, içməli suya həsrət qalmışıq

“1 ildir ki, iki yüz ailəlik bir kənd susuz qalıb və bir bulağın təmiri həllini tapmır”

Source: Specify Source


Azı iki yüz ailəni içməli suyla təmin edən kəndin yeganə su bulağı 1 ildir ki, işləmir

“Maşını olan sakinlər su qablarını yük yerinə yığıb, gedib qonşu kəndlərdən su daşıyır, beləcə, ailəsinin su tələbatını təmin etməyə çalışır. Hər dəfə su dalınca gedəndə maşını olmayanlar da su qablarını maşını olanlara yükləyir”.

Ağcabədinin Qaravəlli kəndini içməli su ilə təmin edən su bulağı 1 ildən çoxdur ki, işləmir. Kəndlilər Meydan TV-yə içməli su üçün qonşu kəndlərə üz tutmalarından və bunun onlara necə əziyyətlə başa gəlməsindən danışırlar.


“Deyirlər, dövlət nə vaxt pul ayırsa, düzələcək”

Kənd sakini Rafiq Məmmədov deyir, bulağın təmir olunması, kəndin su təminatının bərpa edilməsi üçün dəfələrlə kənd bələdiyyəsinə və rayon icra hakimiyyətinə üz tutublar:

“İcra hakimiyyətindən deyirlər, dövlət nə vaxt pul ayırsa, “Azərsu” bulağı təmir etdirəcək. 1 ildir ki, iki yüz ailəlik bir kənd susuz qalıb və bir bulağın təmiri həllini tapmır. Bulaq 40 ildən çoxdur işləyir deyə, xətlər köhnəlib, yenilənməlidir. Bircə buna görə bir kəndin əhalisi susuzluqdan əziyyət çəkir”.


“Kənddə xəstəsi, qocası, əlili olan ailələr va

r”

Sakinlər gileylənir ki, kənddə hamı su problemini bir-birinin hesabına qsimən də olsa, həll etməyə çalışır. Ancaq bu, çıxış yolu deyil:

“İçməli su gündəlik tələbatdır, susuz həyat yoxdur. Bir kəndin 1 il susuz qalması faciədir. Adam nə vaxta qədər qonşuya ağız açmalıdır, deməlidir ki, ay qonşu, maşının var, su dalınca gedirsən, mənə də gətir… Nə vaxta qədər adamlar bir-biri üçün su daşımalıdır?.. Kənddə çoxuşaqlı, xəstə, əlil, ahıl, tənha olan insanlar var. 1 ildir ki, bu insanlar susuzluqdan zülm çəkir”.

Ağcəbədi Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Qaravəlli sakinləri kənddəki içməli su problemi ilə bağlı quruma dəfələrlə müraciət edblər. İcra hakimiyyəti də aidiyyəti qurumlara məlumat verib. Qurum kənddəki içməli su probleminin ən qısa zamanda həll olunacağını bildirir.

Ana səhifəBölgəQaravəlli sakinləri: Bir ildir ki, içməli suya həsrət qalmışıq