Komanda Avropa kubokunda Azərbaycan və Cənubi Qafqaz komandaları arasında ən yaxşı nəticə göstərərək üçüncü yeri tutub
Dekabrın 11-də Bakıda Ağdamın “Qarabağ” və Milanın “İnter” futbol komandaları arasında Avropa Liqası qrup turnirinin matçı dramatik sonluqla bitib. Əlavə olunmuş dəqiqədə (90+4) “Qarabağ”ın hücumu qapının götürülməsi ilə başa çatıb. Oyun heç-heçə bitdikdən sonra top cərimə meydançasında “Qarabağ”ın braziliyalı legioneri Almeydanın yanında olub. O düşünmədən topu qapıya vurub və italiyalı futbolçuya dəyən top istiqamətini dəyişərək qapıya daxil olub. Lakin “Qarabağ” oyunçularını və 30 min azarkeşi təəccübləndirərək çexiyalı hakim qolu qeydə almayıblar. Hakim bu epoziddan sonra oyunu bitirdiyinə görə bu qərarın nə ilə izah etdiyi aydın olmayıb. Ola bilsin ki, ofsayd qeydə alınıb. Lakin çoxsaylı videotəkrarlarda açıq görünür ki, cərimə meydançasında “Qarabağ” futbolçuları və Almeyda özü “İnter” oyunçularından arxada olub, heç bir ofsayd olmayıb.
Əgər “Dnepr” və “Sent-Etyen” matçında analoji nəticə qeydə alınsaydı da heç-heçə “Qarabağ”a sərf edirdi. Lakin “Dnepr” qalib gələrək “İnter”in ardınca 1/16 finalda çıxış etmək hüququ qazanıb.
Beləliklə, “Qarabağ” Avropa kubokunda Azərbaycan və Cənubi Qafqaz komandaları arasında ən yaxşı nəticə göstərərək üçüncü yeri tutub.
İki il öncə Bakının “Neftçi” komandası (2012-2013-cü illər mövsümü) Avropa Liqasının qrup mərhələsinə çıxmışdı. Lakin o zaman üç oyunu heç-heçə başa vuran və üç oyunu məğlub olan Azərbaycan komandası dördüncü yeri tutaraq növbəti mübarizədən çıxmışdı.