Sevinə-sevinə “Qarabağ”ın oyununa gələn azarkeşlər gecə evə necə çatacaqları ilə bağlı problem yaşayıblar.
“Qarabağ”-“Rudor” oyunundan sonra “Gənclik” metrostansiyasına giriş bağlandığına görə vətəndaşlar əziyyət çəkiblər. Nəqliyyat sistemi insan sıxlığı qarşısında aciz qalıb. Avtobuslar qapısı açıq hərəkət etdiyinə görə azarkeşlər təhlükə ilə üzləşiblər.