”Qarabağ”ın Avropa Liqasının qrupundakı rəqibləri bəlli oldu

Bakıya İngiltərə, Portuqaliya və Ukrayna komandaları gələcəklər

Source:


Bakıya İngiltərə, Portuqaliya və Ukrayna komandaları gələcəklər

Fransanın Monako şəhərində Avropa Liqasının 2018-2019 illər mövsümü üçün qrup mərhələsinin püşkü atılıb.

Moldovanın “Şerif” komandasına iki oyunun ümumi nəticəsinə görə (0:1, 3:0) qalib gələn Ağdamın “Qarabağ” klubu püşkatmanın nəticələrinə görə, qrup mərhələsində İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə oynayacaq.

Qrup mərhələsinin oyunları sentyabrdan başlayacaq.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə düşdüyünə görə, UEFA-dan 2 milyon 900 min avro alacaq.

Bundan başqa qrup mərhələsində hər qələbəyə görə komanda 570 min avro, heç-heçəyə görə 190 min avro qazana bilər.

Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Ana səhifəXəbərlər”Qarabağ”ın Avropa Liqasının qrupundakı rəqibləri bəlli oldu