Qarabağdakı əməliyyatı Rusiyanın oyunu sayan keçmiş diplomat həbs edildi

Foto: Emin İbrahimovun arxivindən

Emin İbrahimova 30 sutka həbs cəzası verildi

Azərbaycanın ABŞ-dakı səfirliyində və başqa qurumlarda çalışmış diplomat Emin İbrahimov həbs olunub.

Emin İbrahimovun sosial media hesabında Qarabağdakı son hərbi əməliyyatlar barədə paylaşımlarına görə cəzalandırıldığı bildirilir.

Emin İbrahimovun həbsi barədə siyasətçi Azər Qasımlı məlumat verib.

Onun sözlərinə görə, Emin İbrahimov sentyabrın 20-də evdən çıxarkən saxlanılıb.

Emin İbrahimova 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Vəkil Aqil Layıc Emin İbrahimovun hüquqlarının müdafiəsinə qoşulacağını deyib.

Emin İbrahimov “Facebook” hesabında Qarabağda baş verən əməliyyatlarda Rusiyanın maraqları çərçivəsində həyata keçirildiyini yazmışdı.

Sentyabrın 20-də Azərbaycanda müharibə əleyhdarı olan çoxsaylı gənclər həbs olunub.

Onlardan bir neçəsinə 30 sutka inzibati həbs cəzası verilib.

Bir nəfər haqqında isə xuliqanlıq ittihamıyla cinayət işi başlanıb.

Ana səhifəSiyasətQarabağdakı əməliyyatı Rusiyanın oyunu sayan keçmiş diplomat həbs edildi