Qarabağda Minsk prosesi yenidən pozuldu

Növbəti hərbi gərginliyə qədər bu razılığa Minsk Qrupunun himayəsi altında danışıqlar prosesinin ciddi nəticəsi kimi baxmaq olar

Source:


Növbəti hərbi gərginliyə qədər bu razılığa Minsk Qrupunun himayəsi altında danışıqlar prosesinin ciddi nəticəsi kimi baxmaq olar


Fransa prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılsa da, iyulda cəbhə xəttindən gələn diversiyaçılar, əsirlər və həlak olanlar haqqında döyüş xəbərləri sülhməramlı mesajları kölgədə qoydu.

İyulun ortalarında ermənilər işğal edilmiş Kəlbəcərdə Azərbaycan diversiya qrupunun saxlanılması, həlak olan və yaralanan ermənilər haqqında raport verir, ayın sonlarına doğru isə artıq dörd günlük döyüş ərzində 12 hərbi qulluqçusunu itirmiş Azərbaycan erməni diversiyaçılarının Azərbaycan ordusunun mövqelərinə nüfuz etmək cəhdinin qarşısının alınmasından danışır.

Bu hərbi hadisələr artıq Ermənistan və Azərbaycan cəmiyyətlərində yeni aqressiya dalğasına səbəb olub, onları ATƏT-in Minsk qrupunun 22 ildir uğursuz şəkildə irəli sürdüyü münaqişənin sülh yolu ilə həlli ideyasından növbəti dəfə uzaqlaşdırıb.

Hər belə təşəbbüsün hərbi qarşıdurmalara, diversiya həmlələrinə, daha sonra isə həm də qarşılıqlı ictimai ədavətə səbəb olduğu faktdır ki, bu da son nəticədə müstəsna olaraq sülhün qorunub saxlanmasına yönəlmiş vasitəçilik təşəbbüslərilə status-kvonun dondurulması ilə yekunlaşır. Sonuncu dəfə də belə oldu, 2013-cü ilin dekabr ayında ATƏT Xarici İşlər Nazirləri Şurasının sammitində bu ilin yanvarında Ermənistan və Azərbaycan XİN-ləri arasında prezidentlərin görüşünün təşkili üzrə hazırlıq məsləhətləşmələrinin keçirilməsi barədə razılıq əldə olundu. Yanvarın ikinci yarısında diversiyaçıların, snayperlərin iştirakı ilə döyüş əməliyyatlarının fəallaşması, insan itkiləri ilə müşahidə olundu.

İctimaiyyət hər dəfə hərbi zorakılıq hadisəsinə, təbii olaraq, narazılıq göstərir, amma öz ordularında qeyri-döyüş itkilərinə laqeyddir. Birinci yarımildə Azərbaycan ordusu 37 hərbiçisini qeyri-döyüş şəraitində itirib. 2012-ci ilin 10 ayı ərzində erməni ordusu 44 qeyri-döyüş itkisi verib (başqa məlumat yoxdur).

Hərbi əməliyyatların intensivləşməsinin, itkilərin və ictimai ədavətin artmasının, sülh təkliflərinin qəbul edilməməsinin nəticəsi kimi ATƏT-in Minsk Qrupunun mayın 10-da amerikalı həmsədr Ceyms Uorlik tərəfindən səslənən son təşəbbüsləri ikinci plana keçəcək. Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsi proseduru dolaşıq olduğu üçün bu təşəbbüsləri nə Bakı, nə də Yerevan təqdir etməyib. Təşəbbüsə əsasən, “tərəflər gələcəkdə razılaşdırılmış və hüquqi cəhətdən icbari olan referendum vasitəsilə regionun yekun hüquqi statusunu müəyyən etmək qətiyyəti nümayiş etdirməlidirlər”.

Hərbi fəallıq artıq Paris görüşünü təxirə salıb və indi sentyabrın sonlarında BMT Baş Assambleyasının sessiyasında prezidentlərin görüşünün hazırlanması haqda söhbət yayılır. Yaranmış hərbi qarşıdurma şəraitində bu görüşdən yalnız tərəflərin sülhə riayət edilməsi və Qarabağın və Ermənistan-Azərbaycan münasibətlərinin taleyi haqqında 22 illik dialoqu davam etdirməyə hazırlıq haqqında razılıq əldə etməsini gözləmək olar. Növbəti təşəbbüsə və növbəti hərbi gərginliyə qədər bu razılığa Minsk Qrupunun himayəsi altında danışıqlar prosesinin ciddi nəticəsi kimi baxmaq olar.

Ana səhifəXəbərlərQarabağda Minsk prosesi yenidən pozuldu