Mənbə: Meydan TV

Qarabağ qazisi: Mehriban Əliyeva söz versə də, mənə ev verən yoxdur

Məqalə yeniləndi:  29 Yanvar 2020

Qarabağ qazisinə Mehriban Əliyeva ev söz versə də ona ev verən yoxdur

''Bir gözümü və bir ayağımı vətən uğrunda vermişəm''

Qazax rayon Hüseynbəyli kənd sakini 1-ci qrup Qarabağ əlili Elşad Nəsibov məmurların ona biganəliyindən şikayətçidir.

“2015-ci ilin avqustunda yaralı zabit yoldaşımı neytral zonadan çıxararkən minaya düşdüm. Partlayış zamanı sol gözümü və sağ ayağımı itirdim. Daha sonra gözümü Türkiyədə əməliyyat etdilər, ayağımı isə Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə protezlə təmin etdilər”.

Elşad Nəsibov deyir ki, 250 manat təqaüd alır, hazırda heç bir yerdə işləmir. İki övlad atası olan Qarabağ əlili 2006-cı ildən Qazax Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanıb. Hazırda isə kirayədə yaşayır.

“Cənab prezidentin mənə verdiyi 250 manat müavinətlən kirayə haqqını ödəyirəm, övladlarıma nə yedizdirim, ailəmi necə saxlayım, bilmirəm. 2019-cu ilin aprel ayının 3-də Heydər Əliyev Mərkəzində vitse-prezident Mehriban Əliyeva bizimlə görüşdü. Həmin görüş zamanı mən Mehriban xanımdan mənzillə təmin olunmağımı xahiş etdim, o da köməkçisi Anar Ələkbərova tapşırıq verdi ki, evlə təmin olunum. Müraciətimi yazılı formada Anar Ələkbərova təqdim etdim, ancaq bugünə qədər mənimlə heç kim əlaqə saxlamadı. Dəfələrlə Heydər Əliyev Fonduna, Qazax Rayon İcra Hakimiyyətinə müraciətlər etmişəm, onlar da “növbən çatanda veriləcək” deyiblər, halbuki Mehriban xanım özü tapşırıq vermişdi evlə təmin olunmağıma. Mən bir daha prezidentimizdən, Mehriban xanımdan xahiş edirəm, mənim azyaşlı övladlarımı, 1-ci qrup Qarabağ qazisi olmağımı nəzərə alıb kirayədə yaşamaqdan xilas etsin”.

Meydan TV Qazax Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  29 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/y1x5o0

Ən çox baxılan