Mənbə: Meydan TV

Qarabağ qazisi : "Ömrümün axır çağı odu söndürüb, kül ilə oynayıram...".

Qarabağ qazisi : "Ömrümün axır çağı odu söndürüb, kül ilə oynayıram...".

"Mənim prezidentim eşitsə, buna qulaq assa, pensiyamı iki qat verər. Deyər ki, axı bu kişini niyə incidirsiniz?"

Firdovsi Məmmədov I Qarabağ müharibəsində könüllü batalyon komandiri olub. Füzuli və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. O, müharibədə qəlpə yarası və 2 dəfə kontuziya alıb. Deyir ki, 25 ildir buna görə heç bir təqaüd ala bilmir.

Prezidentə dəfələrlə məktub yazsa da, cavab ala bilməyib : "Biz o zaman neçə şəhid verdik. Heç birinin adı çəkilmir, heç birinə kömək olunmadı. Bunu Allah da götürməz axı..."

Qarabağ qazisi deyir ki, dolanmaqda çətinlik çəkir. 2 oğlu da vəfat etdiyindən, nəvələrinə də tək baxmalı olub. İşləmək istəsə də, yaşına görə işə götürülmür : "Axşama qədər bir-iki "meşok" yığıb, 15-20 qəpikdən satıram. Ömrümün axır çağında odu söndürüb, kül ilə oynayıram. Gör mən nədən pul çıxarıram. Bununla nəvələrimi saxlayıram".

Firdovsi Məmmədov deyir ki, o zaman döyüşən hərbçilərə lazımi diqqət ayrılmayıb. Dövlət rəsmiləri isə hər zaman öz çıxışlarında həm qazilərə, həm də şəhid ailələrinə xüsusi diqqət ayrıldığını bildirir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/n019po

Ən çox baxılan