Çexiya klubu ilə oyunda qalib müəyyənləşmədi
“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qarşılaşıb. Çempionlar Liqasının qrupuna gedən yolda son addım olan pley-off mərhələsinin ilk görüşündə hesab açılmayıb – 0:0. İndi bütün suallara avqustun 23-də Plzendə keçiriləcək cavab oyunu aydınlıq gətirəcək.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinədək Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” komandalarını mübarizədən kənarlaşdırmışdı.
Ağdam təmsilçisi tarixində yalnız bir dəfə, 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.