Qarabağ nizamlanmasının mərhələli həlli

Madrid prinsiplərinin hiyləsi ondan ibarətdir ki, onlar bir növ problemin mərhələli və paket şəklində həllinin sintezidir. Sənəddə əksini tapmış müddəaların mərhələli həyata keçirilməsi onların əvvəlcədən paket şəklində qəbul edilməsinə əsaslanır: bir şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb

Source:
Serj Sarkisyan və Ter-Petrosyan
Serj Sarkisyan və Ter-Petrosyan
Serj Sarkisyan və Ter-Petrosyan
Serj Sarkisyan və Ter-Petrosyan


Madrid prinsiplərinin hiyləsi ondan ibarətdir ki, onlar bir növ problemin mərhələli və paket şəklində həllinin sintezidir. Sənəddə əksini tapmış müddəaların mərhələli həyata keçirilməsi onların əvvəlcədən paket şəklində qəbul edilməsinə əsaslanır: bir şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun iyunun 22-də ANS telekanalına iyunun 20-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündə Qarabağ münaqişəsinin mərhələli həlli haqqında prinsipial razılıq əldə edildiyi barədə bəyanatı sensasiyalı xəbər kimi qəbul olundu.

“Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) azad olunması, ondan sonra 2 rayonun (Laçın və Kəlbəcər) azad olunması və dəhlizin (Ermənistan və Dağlıq Qarabağ arasında) müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”, deyə Məmmədov bildirib.

Sensasiya cəmi bir neçə saat sürdü və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan operativ olaraq onu təkzib etdi. “Sankt-Peterburq sammitində Qarabağ probleminin həlli haqqında heç bir razılaşma əldə olunmayıb. Məsələnin paket əsasında həllinə gəlincə, bunun əsasında ilk növbədə, dəfələrlə bəyan edildiyi kimi, Azərbaycanın Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququnu tanıması və onu həyata keçirməsi durmalıdır”, deyə Nalbandyan bildirib.

Nalbandyanın bəyanatı göstərib ki, nizamlanmanın əsas problemi olan iki ziddiyyətli beynəlxalq hüquq prinsipinin: ərazi bütövlüyünə hörmət və xalqın öz müqəddəratını həll etmək hüququ prinsiplərinin sintezinin yaradılması problemi danışıqların bu mərhələsində də həll edilməyib.

Amma faktdır ki, nizamlanmanın iki yanaşmasından: Ermənistan tərəfin daha çox israr etdiyi paket şəklində həll və mərhələli həldən sonuncuya üstünlük verilib. Münaqişənin davam etdiyi müddət ərzində mərhələli yanaşma beynəlxalq vasitəçilər üçün prioritet idi, nizamlanma xronikasının göstərdiyi kimi, onlar ardıcıl olaraq bu yanaşmanı təkmilləşdiriblər.

Qarabağ münaqişəsinin mərhələli həlli təşəbbüs kimi 1994-cü ilin mayında cəbhədə atəşkəs sazişi imzalandıqdan dərhal sonra ATƏT-in Misnk Qrupu çərçivəsində müzakirə olunub. 1996-cı ilin mayında Ermənistan XİN-in mətbuat katibi Armen Baqdasaryan bildirib ki, rəsmi Yerevan məsələnin paket şəklində həlli variantının (danışıqların bütün bəndlərinin eyni zamanda həlli) əsassız olduğunu başa düşür və münaqişənin mərhələli həllinin tərəfdarıdır. Amma o, Dağlıq Qarabağın erməni icmasının paket şəklində həldə israr etdiyini qeyd edib.

1997-ci ildə ATƏT-in Lissabon sammitindən sonra rəsmi Bakı mərhələli nizamlanma prosesinin tezliklə başlanacağını bildirib. 1997-ci il sentyabrın 26-da prezident Levon Ter-Petrosyan da açıq-aşkar mərhələli yanaşmanı dəstəklədiyini bildirib ki, bu da “saray çevrilişinə” və onun istefasına gətirib çıxarıb.

Problemin bu “mərhələli həll” dövrü Moskvanın üstün rolu ilə sülh yaratmanın (1994-1999) Bişkek mərhələsinə düşürdü. Amma sonradan proses uzun müddət dayandırıldı: münaqişənin nizamlanmasının ABŞ-ın üstünlüyü ilə yeni mərhələsinin bünövrəsi qoyulduğu anda mərhələli varinat qısa müddətliyinə yerini şübhəli “ümumi dövlət” ideyasına verib. Amma ABŞ rolunun geddikcə güclənməsiilə rəsmi Bakı nöqsanlı “ümumi dövlət” modelindən imtına edir.

2007-ci ilin noyabrında Madriddə Minsk Qrupu nizamlanmanın “Madrid prinsipləri” adını almış dəqiq ifadə olunmuş ilk mərhələli prinsiplərini münaqişə tərəflərinə təqdim edir.

2008-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Mayendorf Bəyannaməsini imzalayıblar. Sənəddə tərəflərin “Madrid prinsipləri”nə sadiq olduqlarını təsdiq etdikləri bildirilirdi. Madrid Prinsiplərinin artıq yenilənmiş versiyasının əsas müddəaları 10 iyul 2009-cu ildə “Böyük Səkkizliyin” İtaliyanın L’Akuila şəhərində keçirilən sammitində ATƏT Minsk Qrupunun həmsədri olan dövlətlərin verdiyi bəyanatda açıqlandı.

Maraqlıdır ki, mərhələli nizamlama prosesinin güclənməsi 2009-cu ildə sülh haqqında Türkiyə-Ermənistan “yol kartı”nın formalaşdırılması prosesi ilə paralel gedirdi. 2009-cu ilin avqustunda Azərbaycan tərəfi baş nazirin müavini Əli Həsənovun şəxsində işğal edilmiş ərazilərin mərhələli şəkildə Azərbaycanın yurisdiksiyası altına qaytarılması planının dəstəklənməsi üçün 60 mlrd. dollar dəyərində “Böyük qayıdış” proqramını təqdim etdi. Amma Ankara və Yerevan arasında münasibətlərin bərpası layihəsinin uğursuzluğundan sonra bu təşəbbüs də arxa plana keçdi, baxmayaraq ki, mərhələli plan elə həmin il oktyabrın 9-da Kişinyovda prezidentlərin Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüşündə müzakirə olunub. Moldaviya paytaxtında diqqət Madrid Prinsiplərinin yenilənmiş versiyasının əsas müddəalarına ayrılıb.

Bakı və Yerevan məsləhətləşmələrin nəticələrindən məmnunluq ifadə ediblər və hər kəsin aktiv dialoqun davam etdirilməsində qətiyyətli olduğunu nümayiş etdiriblər, nizamlanma prosesində tezliklə sıçrayışın təmin ediləcəyi haqqında əmin proqnozlar veriblər. Amma mərhələli prosesin müzakirəsi yenə 5 il müddətinə təxirə salındı.

2014-cü il mayın 7-də Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi bağlanmasının 20 illiyi ərəfəsində ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyalı və Fransalı həmkarlarının iştirakı ilə hazırlanmış Ermənistan-Azərbaycan münaqişənin mərhələli həlli üzrə 6 bənddən ibarət yeni təklifləri açıqlayıb. Yeni təşəbbüs “yenilənmiş Madrid prinsiplərinə” düzəlişlər edib və tərəflərin mümkün kompromislərini yaxınlaşdırıb. Dağlıq Qarabağın gələcək statusunun Azərbaycan və Ermənistan arasında razılaşdırılmış səsvermə yolu ilə həll ediləcəyi müsbət kompromis məqamı idi ki, bu da təkcə gələcəkdə deyil, etimadın bərpası prosesinin davam etdiyi bütün müddət ərzində problemə tarazlaşdırılmış yanaşma imkanı verir.

Həmsədr ölkələr hesab edirlər ki, pat vəziyyətindən çıxış münaqişə tərəflərinin mövqeyinin daha da yumşaldılması və onların yeni güzəştlərə hazırlığı əsasında mümkündür. Əslində söhbət faktiki olaraq ən təməl prinsipərin (millətlərin öz müqəddəratını həll etmək hüququ və dövlətin ərazi bütövlüyü) real olaraq razılaşdırılması üçün onlar haqqında yenidən güzəştli şəkildə düşünməkdən gedir. Yəni millətin öz müqəddəratını həll etmək hüququnun, formal da olsa, Azərbaycanın ərazi bütövlüyü çərçivələri ilə məhdudlaşdırılması zərurəti Ermənistana təlqin edilir. Azərbaycana isə formal da olsa dövlətin ərazi bütövlüyünün qorunub saxlanması və Ermənistan tərəfin işğal etdiyi rayonların mərhələli şəkildə azad edilməsi şərti ilə “öz müqəddəratını həll edən zonada” suverenliyin xeyli məhdudlaşdırılmasının qaçılmaz olduğu qəbul etdirilir.

“Yenilənmiş Madrid prinsiplərinin” həyata keçirilməsinin mərhələliliyi əvvəlcə Azərbaycan ərazilərinin işğaldan azad olunmasını və yalnız bundan sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutur. Bununla belə, Madrid prinsiplərinin hiyləsi ondan ibarətdir ki, onlar bir növ problemin mərhələli və paket şəklində həllinin sintezidir. Sənəddə əksini tapmış müddəaların mərhələli həyata keçirilməsi onların əvvəlcədən paket şəklində qəbul edilməsinə əsaslanır: bir şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb. Bu isə o deməkdir ki, Azərbaycan üçün bir çox gələcək risklər və təhlükələr təməl sazişin bağlanması mərhələsində artıq konkret hal ala bilər. Daha sonra onlara etiraz etmək və ya onları yerinə yetirməkdən imtina etmək həddindən artıq çətin olacaq. Paket şəklində qəbul edilmiş razılaşmaların mərhələli şəkildə həyata keçirilməsi Ermənistan üçün ən az Azərbaycan qədər, bəlkə daha ciddi risklər ehtiva edir – işğal edilmiş əraziləri azad edildikcə Azərbaycanın siyasi manverlər və vəziyyətə təsir etmək üçün daha çox imkanı olacaq.

Minsk qrupunun yeni təşəbbüsü 2014-cü il iyunun 17-də Sankt-Peterburqda hər il keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin növbəti üçtərəfli görüşündə müzakirə olunub. Bu səbəbdən görüşün əsas “konstruktiv” yekunu kimi Azərbaycan və Ermənistan prezidentlərinin dialoqu “yenilənmiş Madrid prinsiplərinin” razılaşdırılması üzrə dialoqu davam etdirməyə hazır olduqları qəbul edilib. Amma sonradan dialoqa təxminən il yarım müddətinə fasilə verilib və 2016-cı ilin aprelində 1994-cü ildə atəşkəs sazişi bağlandıqdan sonra ən geniş miqyaslı döyüş əməliyyatları ilə yada düşüb.

Aprel döyüş əməliyyatları mərhələli nizamlanma prosesinə yeni çalar bəxş etdi, mayda Vyanada və iyunda Sankt-Peterburqda prezidentlərin görüşlərinə təkan verdi. Amma ən maraqlısı budur ki, üçgünlük müharibə Ermənistan cəmiyyətində münaqişənin mərhələli həlli variantı haqqında yeni müzakirələrə səbəb olub. Bunu ilk dəfə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan erməni cəmiyyətinə təklif etmişdi və bu, onun istefasına gətirib çıxarmışdı.

Ana səhifəAnalitikaQarabağ nizamlanmasının mərhələli həlli