Lent.az-a bu barədə Qaradağ rayon Məhkəməsindən bildiriblər. Onun barəsində 30 sutkalıq inzibati həbs qərarı seçilib.
O, İnzibati Xətalar Məcəlləsinin 535.1- ci maddəsinə görə, (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) təqsirli bilinib. İ.Rəsulov Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə göndərilib.
***
15.27. AXCP üzvü, birinci Qarabağ müharibəsi veteranı İsmayıl Rəsulov 1 ay həbs cəzası alıb. Bu bar
əd
ə onun oğlu Elşən Rəsulov Meydan TV-yə məlumat verib.
Ancaq E.Rəsulov atasının hansı maddəylə cəzalandırıldığını bilmir: “Atamla telefonla əlaqə saxlaya bildim, dedi ki, iynələrini və paltar gətirsin. Şəkər xəstəsidir, onun üçün ağır olacaq. Amma dəqiq bilirik ki, “facebook”da yazdığı sərt statusa görə cəzalandırılıb”.
***
İsmayıl Rəsulov Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qaradağ rayonu üzrə təşkilat sədridir
Avqustun 24-də birinci Qarabağ müharibəsi veteranı İsmayıl Rəsulov sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etdiyinə görə Qaradağ rayonu 38-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs olunub.
Bu barədə onun oğlu Elşən Rəsulov “facebook”da məlumatı paylaşıb.
E.Rəsulov bildirib ki, elə bugün iki mülki geyimli polis atasının qeydiyyatda olduğu ünvana gəlib. Amma İsmayil Rəsulov kirayədə qaldığından onu evdə tapa bilməyiblər.
İsmayıl Rəsulov yaxınlarına son günlər “facebook”da hakimiyyəti sərt tənqid etdiyinə görə həbs olunmaq təhlükəsinin olduğunu gizlətməyib. Hətta polisdən zəng olunduğunu və bölmə rəisinin onunla görüşmək istədiklərini bildirib.
İ.Rəsulov Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qaradağ rayonu üzrə təşkilat sədridir. O, 2 il əvvəl
“Bizim yol”
qəzetinə Qaradağ Rayon İcra Hakimiyyətini ona çatacaq mənzili satdığını iddia edən açıqlama da vermişdi.
Oğlu atasının saxlandığı haqda 102-ə məlumat verdiyini söyləyib.