"Neftçi"nin avrokubok macərası başa çatdı
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycanın turnirdəki təmsilçiləri “Qarabağ” və "Neftçi" də növbəti matçına çıxıb.
"Neftçi" Bakıda keçirilən ilk oyunda 3:3 hesablı heç-heçə etdiyi İsrail "Makkabi"sinə (Hayfa) cavab görüşündə böyük hesabla uduzub – 0:4. Bununla da, Bakı klubunun bu mövsüm avrokuboklardakı çıxışı başa çatıb.
"Qarabağ" isə səfərdə Şotlandiyanın “Aberdin” komandasının qonağı olub. Komandalar arasında Bakıda keçirilən ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanmışdı. Ağdam təmsilçisi Şotlandiyadakı qarşılaşmada daha böyük hesabla (3:1) qalib gələrək, bu il ilk dəfə təşkil olunan Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bundan əvvəl ardıcıl olaraq, bir dəfə Çempionlar Liqasının, altı dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib.