Komanda Bakıda keçirilən oyunda Fransa təmsilçisinə 0:2 hesabı ilə uduzub
Azərbaycanın “Qarabağ” futbol klubu oktyabrln 24-də UEFA Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində “Marsel”lə (Fransa) cavab oyununa çıxıb.
Fransada keçirilən ilk oyunda “Marsel”ə 1:3 hesabı ilə uduzan “Qarabağ” cavab qarşılaşmasında da məğlubiyyətlə üzləşib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda keçirilən oyunda Fransa təmsilçisinə 0:2 hesabı ilə uduzub.
Bununla da, “Qarabağ”ın bu mövsüm avrokubok macərası başa çatıb.
“Qarabağ” tarixində ilk dəfə olaraq avrokuboklarda qrupdan çıxaraq, pley-off mərhələsində mübarizə aparırdı. Bu, Azərbaycan futbolu tarixində də ilk idi.